
Bakı.Trend:
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk süni
intellektin inkişafının bəşəriyyətin mövcudluğu üçün təhlükə yarada
biləcəyini bildirib.
Bu barədə BMT-nin rəsmi saytında məlumat dərc olunub.
O, Cenevrədə BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyasının
açılışında çıxış edərkən qeyd edib ki, hazırda süni intellekt
üzərində qeyri-məhdud hakimiyyət demək olar, bir neçə şəxsin əlində
cəmlənib.
V. Türk gec olmadan süni intellektin təhlükəsizliyi ilə bağlı
təcili şəkildə beynəlxalq qaydaların hazırlanmasına və bu sahədə
“qırmızı xətlərin” müəyyənləşdirilməsinə çağırıb.

