Ermənistanda 2 yeni “Rus evi” açılacaq

Baş səhifə

Bakı.Trend:

“Rossotrudniçestvo” (Rusiyanın Müstəqil Dövlətlər Birliyi,
xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq
işləri üzrə Federal Agentliyi) ilk dəfə olaraq MDB məkanında “Rus
evləri” tərəfdaş proqramını genişləndirir. İki yeni mərkəz
Ermənistanda – Artaşat və Aştarekdə açılacaq.

Ermənistan KİV-nin məlumatına görə, sentyabrın 8-də Rusiyanın
İctimai Palatasında “Rossotrudniçestvo”nun rəhbəri İqor Çayka 11
yeni tərəfdaş “Rus evi”nin açılması ilə bağlı sazişlər
imzalayıb.




Buna qədər şəbəkə 22 ölkədə 25 tərəfdaş platformanı
birləşdirirdi.

Ermənistanla yanaşı, Keniya, Konqo Demokratik Respublikası,
Madaqaskar, Mali, San-Tome və Prinsipi, Seneqal, Syerra-Leone,
Tailand və Toqoda da yeni “Rus evləri” açılacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir