İran Hörmüz boğazında ABŞ PUA-sını vurduğunu açıqlayıb

Baş səhifə

İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-yə məxsus “MQ-1” tipli pilotsuz uçuş aparatının vurulduğunu bildirib.

Modern.az xəbər verir ki, İran tərəfinin məlumatına görə, ölkənin hava hücumundan müdafiə sistemləri PUA-nı Hörmüz boğazı üzərində məhv edib.

Hadisənin təfərrüatı, pilotsuz aparatın uçuş marşrutu və hansı hava məkanında vurulması barədə əlavə məlumat verilməyib. ABŞ tərəfinin bu konkret iddiaya münasibəti də xəbərin yayıldığı vaxt açıqlanmamışdı.

Qeyd edək ki, Hörmüz boğazı dünya neft və mayeləşdirilmiş təbii qaz daşımalarının əsas marşrutlarından biridir. Bölgədə hərbi insidentlər beynəlxalq gəmiçilik və enerji bazarları üçün ciddi risk hesab olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir