İspaniyada 1 tondan çox narkotik vasitə qaçalmalçılığının qarşısı alınıb

Baş səhifə

Bakı.Trend:

İspaniya Mülki Qvardiyası kokos partiyasının içində gizlədilmiş
bir tondan çox kokain aşkar edərək müsadirə edib.

Bu barədə “20 Minutos” nəşri məlumat yayıb.




Qeyd olunub ki, Sevilyada hüquq-mühafizə orqanlarının keçirdiyi
əməliyyat zamanı 1 238 kiloqram narkotik maddə müsadirə olunub.
Kokain yük konteynerinin içərisində, paletlərin altında və yük
maşınının qoşqusunun döşəməsində gizlədilmiş vəziyyətdə aşkar
edilib.

Əməliyyat nəticəsində iki nəfər saxlanılıb. Polis əməkdaşları,
həmçinin yükün mənşəyi və təyinatı barədə məlumat əldə etməyə kömək
edə biləcək pul və bir neçə elektron cihaz götürüblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir