“Brent” neftinin qiyməti 100 dollara yaxınlaşıb

Baş səhifə

Dünya bazarında neft bahalaşmaqda davam edir.

“APA-Economics” xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 1,40 dollar və ya 1,43% artaraq bir barel üçün 99,32 dollara çatıb.

“WTI” markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 1,17 dollar və ya 1,28% bahalaşaraq 94,20 dollar təşkil edib.

Neftin bahalaşması ABŞ və İran arasında hərbi gərginliyin davam etməsi və Yaxın Şərqdən neft tədarükünün pozula biləcəyi ilə bağlı narahatlıqların güclənməsi ilə əlaqələndirilir. Xüsusilə Hörmüz boğazında daşımalarla bağlı qeyri-müəyyənlik qiymətlərə yüksəldici təsir göstərir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir