Bakıda Dördüncü İqlim Həftəsinin üçüncü günü keçirilir

Baş səhifə

Bakı. Trend:

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)”nın üçüncü günü
start götürüb.

Trend-in
tədbirdəki müxbirinin məlumatına görə, üçüncü günün proqramında
iqlim öhdəliklərindən konkret fəaliyyətə keçid, iqlim
maliyyələşdirilməsi, gənclərin iqlim proseslərində iştirakı, süni
intellekt və iqlim texnologiyaları, enerji səmərəliliyi, metan
emissiyalarının azaldılması, su ehtiyatlarının idarə olunması və
mədəni irsin qorunması kimi məsələlər əsas diqqət
mərkəzindədir.

Günün ilk sessiyalarından biri “COP31-dən sonra: tərəfdaşlıq
vasitəsilə öhdəliklərin icrasının təmin edilməsi” mövzusuna həsr
olunub. Dəyirmi masa çərçivəsində COP31-dən sonra qəbul ediləcək
iqlim öhdəliklərinin praktiki nəticələrə çevrilməsi və bu
istiqamətdə tərəfdaşlığın rolu müzakirə ediləcək.
Proqramda submilli qurumların iqlim fəaliyyətində roluna dair
“Impact Dialogue” sessiyası da yer alıb. Burada yerli və regional
səviyyədə iqlim siyasətinin həyata keçirilməsi və bu qurumların
iqlim fəaliyyətinə töhfəsi müzakirə olunacaq.

Üçüncü günün proqramında gənc jurnalistlərin iqlim mövzusunda
fəaliyyətinə həsr olunan “Climate conversations: Engaging Young
Journalists” dəyirmi masası da keçiriləcək. Sessiyada gənc
jurnalistlərin iqlim gündəliyinin işıqlandırılmasında rolu və
onların bu sahədə fəallığının artırılması məsələləri nəzərdən
keçiriləcək.

Bununla yanaşı, binaların enerji səmərəliliyinin
sertifikatlaşdırılması və rəqəmsal bina pasportları mövzusunda
müzakirələr aparılacaq. Bu sessiyada tikinti sektorunda enerji
səmərəliliyinin artırılması, rəqəmsal həllərin tətbiqi və binaların
iqlim məqsədlərinə uyğunlaşdırılması məsələləri diqqət
mərkəzindədir.

Günün proqramında gənclərin rəhbərliyi ilə keçirilən İqlim
Forumu çərçivəsində də müzakirələr nəzərdə tutulub. “Öhdəliklərdən
icraya: COP31-ə gedən yolda” mövzusunda sessiyada iqlim
öhdəliklərinin real fəaliyyətə çevrilməsi yolları müzakirə
ediləcək. Digər sessiyada isə “İqlim × Süni intellekt: Texnologiya
iqlim böhranını həll edə bilərmi?” sualı ətrafında fikir mübadiləsi
aparılacaq.




Üçüncü günün digər mühüm mövzularından biri sülh, yardım və
bərpa üçün dövlət və özəl iqlim maliyyəsinin səfərbər edilməsidir.
Sessiyada iqlim maliyyəsinin müxtəlif ehtiyacların qarşılanmasına
yönəldilməsi və dövlət-özəl sektor əməkdaşlığının imkanları
nəzərdən keçiriləcək.

Həmçinin türk sivilizasiyasında mədəni irsin və biomüxtəlifliyin
qorunması mövzusunda dəyirmi masa keçirilir. Sessiyada ortaq
ənənələrdən birgə fəaliyyətə keçid, mədəni irsin iqlim
dəyişmələrinin təsirlərindən qorunması və biomüxtəlifliyin
mühafizəsi məsələləri müzakirə olunacaq.

Proqram çərçivəsində iqlimədavamlı texnologiyalar və
innovasiyaların sürətləndirilməsi mövzusunda da müzakirə
aparılacaq. Burada iqlim dəyişmələrinin təsirlərinə davamlı
gələcəyin formalaşdırılmasında yeni texnologiyaların və innovativ
həllərin rolu diqqət mərkəzindədir.

Günün ikinci yarısında Xəzər regionunda metan emissiyalarının
azaldılmasının genişləndirilməsi mövzusunda dəyirmi masa
keçiriləcək. Sessiyada metan emissiyalarının azaldılması, regional
əməkdaşlıq və bu istiqamətdə konkret fəaliyyətlərin
genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Üçüncü günün proqramının əsas sessiyalarından biri də “İqlim
fəaliyyəti üçün Bakı Su Dialoqu – öhdəliklərdən icraya”
mövzusundadır. Sessiyada COP31-ə qədər su mərkəzli iqlim
fəaliyyətinin inkişaf etdirilməsi, su ehtiyatlarının iqlim
dəyişmələrinə uyğun idarə olunması və qəbul edilmiş öhdəliklərin
praktik tədbirlərə çevrilməsi məsələləri gündəmdə olacaq.

Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək
davam edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir