
Bakı. Trend:
10 sentyabr 2026-cı il, saat 15:00-dan etibarən 2026–2027-ci
tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma
prosesinə yenidən start verilir.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən
məlumat verilib.
Bildirilib ki, qəbul prosesi myGov portalı vasitəsilə elektron
formada həyata keçirilir.
Məlumata görə, məktəbəqədər təhsil müəssisələrinə qəbul
sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər
təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer
olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra
həyata keçiriləcək. Uşaqların məktəbəqədər təhsil müəssisələrində
boş yerlərə qəbulu il boyu davam etdiriləcək.

