"Sabah" klubu braziliyalı hücumçu aldı

Baş səhifə

“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı hücumçu Karlos Eduardo bundan sonra “Sabah”da oynayacaq.

24 yaşlı futbolçu Portuqaliyanın “Jil Visente” klubundan birillik icarəyə götürülüb. İcarə müqaviləsində “Sabah”ın futbolçunun transfer hüquqlarını əldə etməsi üçün satınalma şərti də nəzərdə tutulub.  

Karlos karyerası ərzində Braziliyanın “Bruske” (2020), Portuqaliyanın “Nasional” (U-19, 2020–2021), “Maritimu”nun B və əsas komandalarında (2021–2024), həmçinin “Felqeyraş”da (2024–2025) çıxış edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir