Ukrayna ilə bağlı danışıqlar prosesinin bərpası imkanı yaranıb – Rubio

Baş səhifə

Bakı.Trend:

Stiv Uitkoff və Cared Kuşnerin Moskva və Kiyevə səfərlərindən
sonra Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar
prosesinin bərpa edilməsi imkanı yaranıb.

ABŞ KİV-nin məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio
jurnalistlərə verdiyi açıqlamada bildirib.




Onun sözlərinə görə, görüşlər məzmunlu olub və tərəflər yeni
ideyalar irəli sürüblər. Rubio qeyd edib ki, hərçənd bundan əvvəl
Moskva və Kiyev demək olar ki, güzəştlərə hazır olduqlarını nümayiş
etdirmir və sərt “qırmızı xətlər”ini qoruyub saxlayırdılar.

“Yaxın bir neçə həftə ərzində növbəti yol xəritəsini hazırlamaq,
danışıqları bərpa etmək və, bəlkə də, hər iki tərəfi qane edəcək
bir həll yoluna nail olmaq imkanı var”, – deyə ABŞ Dövlət katibi
bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir