Strateji valyuta ehtiyatlarımız 90 milyard dolları ÖTÜB

Baş səhifə

Bu il sentyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 90 milyard 769,7 milyon ABŞ dolları təşkil edib.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, ölkənin strateji valyuta ehtiyatları ötən ilin sentyabrın 1-i ilə müqayisədə 15,7 faiz artıb.

Təkcə avqust ayında Azərbaycanın strateji valyuta ehtiyatları 3 milyard 954,8 milyon ABŞ dolları artıb.

2025-ci ilin sonuna ölkənin strateji valyuta ehtiyatları 85,1 milyard ABŞ dolları təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir