
Bakı.Trend:
İsrail Böyük Britaniyadan Şərqi Qüdsdəki baş konsulluğunu 30 gün
ərzində bağlamağı tələb edib və britaniyalı diplomatları diplomatik
statusdan məhrum edib.
Bu barədə “Reuters” məlumat yayıb.
Ramallahdakı britaniyalı diplomatlara və Qəzzaya yardımın
koordinasiyası üzrə missiyanın əməkdaşlarına da ölkədən çıxmaları
üçün yeddi gün vaxt verilib. İsrail Londona Fələstin təhlükəsizlik
qüvvələrinə təlim keçməyi qadağan edib və keçmiş Leyboristlər
Partiyasının lideri Ceremi Korbin də daxil olmaqla, 12 britaniyalı
deputatın ölkəyə girişini məhdudlaşdırıb.
Bu qərar Böyük Britaniyanın İordan çayının Qərb sahilindəki
İsrail yaşayış məntəqələrinə qarşı tətbiq etdiyi sanksiyalara cavab
olaraq qəbul edilib. London qərardan təəssüfləndiyini bildirib,
İsrail isə Britaniyanın tədbirlərini “mənəvi pozğunluq”
adlandıraraq Böyük Britaniyanı ölkənin daxili işlərinə müdaxilə
etməkdə ittiham edib.

