Dövlət satınalmalarında iştirak edən təchizatçı şirkətlər üçün təlim keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Maliyyə Nazirliyi dövlət satınalmaları sahəsində rəqəmsal
həllərin tətbiqinin genişləndirilməsi və satınalma müqavilələrinin
icrası prosesinin elektron mühitdə daha səmərəli təşkili
istiqamətində tədbirləri davam etdirir. Bu çərçivədə sentyabrın
9-da dövlət satınalmalarında iştirak edən təchizatçı təşkilatların
nümayəndələri üçün “Rəqəmsal dövlət maliyyəsi” informasiya
sisteminin “e-müqavilə” altsistemində “Təhvil-təslim aktlarının
yaradılması” funksiyası üzrə təlim keçirilib.

Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimin əsas məqsədi təchizatçıların
müqavilələrin icrası prosesində təhvil-təslim aktlarının elektron
formada yaradılması, imzalanması və prosesin statusunun izlənilməsi
barədə məlumatlandırılması və onların praktiki bacarıqlarının
artırılmasıdır.




Təlim zamanı “e-müqavilə” altsistemində müvafiq əməliyyatların
mərhələli şəkildə həyata keçirilməsi nümayiş etdirilib,
iştirakçıların altsistemin funksional imkanları, sistemdən istifadə
qaydaları barədə, eləcə də elektron müqavilələrlə iş zamanı yaranan
sualları cavablandırılıb.

Qeyd edək ki, 1 sentyabr 2026-cı il tarixindən etibarən
“e-müqavilə” altsistemində dövlət satınalmaları üzrə bağlanılmış
müqavilələrin icrasını təsdiq edən “Təhvil-təslim aktlarının
yaradılması” funksiyası istifadəyə verilib. Yeni funksionallıq
satınalan və təchizatçı təşkilatlar arasında təhvil-təslim
prosesinin rəqəmsal mühitdə həyata keçirilməsinə, sənəd
dövriyyəsinin optimallaşdırılmasına və müqavilələrin icrasına dair
məlumatların daha operativ şəkildə izlənilməsinə imkan yaradır.

Təlimlərin mərhələli şəkildə davam etdirilməsi və daha geniş
təchizatçı auditoriyasının prosesə cəlb olunması nəzərdə
tutulur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir