Messi bu ispan klubunu alır

Baş səhifə

Bakı.Trend:

“İnter Mayami”nin hücumçusu Lionel Messi İspaniyanın Segunda
(ikinci divizion) təmsilçisi “Eldense” klubunun sahibləri ilə klubu
satın almağın əsas şərtləri barədə razılığa gəlib.

“Marca” nəşrinin yaydığı məlumata görə, argentinalı futbolçu
tərəfdaşlar və kənar investorlar cəlb etmədən klubun səhmlərinin
100 faizini satın almaq niyyətindədir.

Hüquqi yoxlamanın başa çatmasından və müqavilənin son
detallarının razılaşdırılmasından sonra sövdələşmə yaxın günlərdə
rəsmiləşdirilə bilər. Bundan əlavə, müqavilə İspaniyanın Ali İdman
Şurası tərəfindən təsdiqlənməlidir.




“Eldense” komandası mövsümün əvvəlində hələ qələbə qazanmayıb.
Dörd turdan sonra iki xal toplayan komanda turnir cədvəlində 20-ci
pillədə qərarlaşıb.

Qeyd edək ki, Messi “İnter Mayami”dən əvvəl Fransanın “Paris
Sen-Jermen” və İspaniyanın “Barselona” klublarında çıxış edib. O,
“Barselona” ilə dörd dəfə Çempionlar Liqasının qalibi olub,
həmçinin üç dəfə UEFA Superkubokunu və Klublararası Dünya
Çempionatını qazanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir