İranın Cask limanı yaxınlığında partlayış baş verib

Baş səhifə

İranın cənubunda, Fars körfəzi sahilində yerləşən Cask liman şəhəri yaxınlığında partlayış baş verib.

Bu barədə “Fars” agentliyi məlumat yayıb.

Məlumata görə, partlayış dəniz akvatoriyasında qeydə alınıb.

Hadisənin dəqiq səbəbləri hələlik məlum deyil. Partlayışın mümkün nəticələri barədə də məlumat verilməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir