“Apple” yeni ağıllı saat modellərini təqdim edib

Baş səhifə

Bakı. Trend:

“Apple” korporasiyası “Apple Watch Series 12” və “Apple Watch
Ultra 4” ağıllı saatlarını təqdim edib.

Bu barədə təqdimatın yayımlanması zamanı məlum olub.




Yeniliklərdən biri söhbətin son 15 saniyəsini geri çəkmək və
onun mətn transkripsiyasını əldə etmək imkanıdır. “Live Rewind”
funksiyası Audio Intelligence kompleksinin tərkibinə daxildir. Bu
kompleks istifadəçinin gündəlik vərdişlərini süni intellekt
vasitəsilə daha dəqiq təhlil etmək üçün ətraf mühitə dair
məlumatların toplanması imkanlarını genişləndirir.

Yeni “Apple Watch” modellərində fon rejimində dinləmə vasitəsilə
söhbətlərin qısa xülasələrini hazırlayan Siri Recap funksiyası da
əlçatandır. “Apple Watch Series” 12-nin qiyməti 399 dollardan, “Apple Watch Ultra” 4-ün qiyməti isə 799 dollardan başlayır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir