
Bakı. Trend:
Kanadanın Baş naziri Mark Karni sentyabrın 10-da Alberta
əyalətinin Kalqari şəhərində Vladimir Zelenski ilə görüşəcək.
Bu barədə Kаrninin dərc olunmuş iş qrafikində bildirilir.
Qrafikdə dəqiqləşdirildiyi kimi, görüş Bakı vaxtı ilə saat
18:00-da başlayacaq. Karni həmçinin bəyanat yayıb və bildirib ki,
Zelenski həyat yoldaşı ilə birlikdə “9-11 sentyabr tarixlərində
Kanadada səfərdə olacaq”.
Karninin sözlərinə görə, o, Zelenski ilə “müdafiə, iqtisadiyyat
və enerji sahələrində əməkdaşlığın dərinləşdirilməsi” ilə bağlı
məsələləri müzakirə etmək niyyətindədir.

