
Xocalı rayonunda mina partlayışı nəticəsində bir nəfər xəsarət alıb.
Modern.az “Report”a istinadən məlumat verir ki, hadisə rayonun Daşkənd kəndi ərazisində qeydə alınıb.
Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.

