Zelenskinin təyyarəsi az qala dronla toqquşub

Baş səhifə

Bakı.Trend:

Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi Moldovadan
Norveçə uçarkən az qala dronla toqquşub.

Bu barədə Norveçin Baş naziri Yonas Qar Störe sentyabrın 9-da
NRK teleradio şirkətinin yayımında bildirib.

“Onun təyyarəsi Moldovadan havaya qalxmalı olduğu zaman az qala
dronla toqquşub. Bu, onun hər gün yaşadığı reallıqdır”, – deyə
siyasətçi əlavə edib. O, bu məlumatı haradan əldə etdiyini
açıqlamayıb.

Baş nazirin sözlərindən hadisənin təsadüf, yoxsa Zelenskiyə
qarşı sui-qəsd cəhdi olduğu aydın deyil.




Norveç baş nazirinin ofisi Qar Störenin açıqlamasına aydınlıq
gətirib:

“Dünən Moldovanın hava məkanında dron təhlükəsi yaranıb və bu,
Zelenskinin Osloya uçan təyyarəsinin gecikməsinə səbəb olub. Bu,
onun hər gün üzləşdiyi təhlükələrdəndir. Dronların onun təyyarəsinə
nə qədər yaxın olduğu məlum deyil”.

Bununla yanaşı, yüksəkvəzifəli ukraynalı məmur DW-yə bildirib
ki, Ukrayna Prezidentinin təyyarəsi Kişinyovdan uçuşu gözlədiyi
vaxt Rusiyaya məxsus reaktiv pilotsuz uçuş aparatı (PUA) Moldovanın
hava məkanına daxil olub. Bundan sonra Volodimir Zelenskinin uçuşu
təxirə salınıb, digər reyslər də dayandırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir