Dağıstan dron hücumuna məruz qalıb

Baş səhifə

Bakı.Trend:

Dağıstanın Mahaçqala şəhəri sentyabrın 10-na keçən gecə pilotsuz
uçuş aparatlarının hücumuna məruz qalıb.

Bu barədə Rusiya KİV-ləri Dağıstan başçısı Fedor Şukinə
istinadən məlumat yayıb.




Məlumata görə, dronların dağıntılarının yerə düşməsi nəticəsində
dəniz limanında və Avar teatrında yanğınlar baş verib. Yanğınlar
söndürülüb, xəsarət alan olmayıb.

Mahaçqala limanı Rusiyanın Xəzər dənizində yerləşən yeganə
dərinsulu, donmayan limanıdır. Limanın illik ixrac gücü 7,9 milyon
tona qədər neft və neft məhsulları təşkil edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir