
Bakı. Trend:
“Unibank” KB ASC-nin İdarə Heyətində dəyişiklik olub. İdarə
Heyəti sədrinin müavini, İcraçı Direktorun birinci müavini, Baş
Əməliyyat inzibatçısı Heybət Qədirov öz ərizəsi əsasında tutduğu
vəzifədən ayrılıb.
Unibank rəhbərliyi və səhmdarları Heybət Qədirova fəaliyyəti
dövründə Bankın inkişafına verdiyi töhfələrə, peşəkar fəaliyyətinə
və uzunmüddətli əməkdaşlığına görə təşəkkür edir, ona gələcək
fəaliyyətində uğurlar arzulayır.
Qeyd edək ki, H.Qədirov 2008-ci ildən Unibank komandasına
qoşulmuşdu. Bankdakı fəaliyyəti dövründə müxtəlif vəzifələrdə
çalışıb və maliyyə-bank sektorunda peşəkar idarəetmə təcrübəsi ilə
seçilib.

