
Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adının “Tramp
boğazı” olaraq dəyişdirilməsini təklif edib.
ABŞ KİV-nin məlumatına görə, Ağ Evin rəhbəri bu barədə Dallasda
hakim Respublikaçılar partiyasının milli qurultayında çıxışı zamanı
danışıb.
“Düşünürəm ki, biz Hörmüz boğazını Tramp boğazı adlandırmalıyıq.
Mən də bundan nəsə əldə etməliyəm. Xanımlar və cənablar, bundan
sonra belə adlanacaq. Mən bunu elan edəcəyəm”, – deyə Tramp
bildirib.
ABŞ Prezidenti həmçinin İranla müharibədə ABŞ-nin qələbəsindən
sonra neft qiymətlərinin aşağı düşəcəyinə əminlik ifadə edib.

