
Bakı. Trend:
ABB rəqəmsal maliyyə xidmətləri sahəsində inteqrasiya
proseslərini uğurla davam etdirərək müştərilər üçün yeni imkanlar
yaradır. Bank innovativ rəqəmsal ödəniş üsulu olan ABB Pay-i
istifadəyə verib. Yeni həll elektron ticarət və onlayn alış-veriş
zamanı qlobal ödəniş vasitələrinə (Apple Pay, Google Pay və s.)
rahat yerli alternativdir. “Payriff”-lə tərəfdaşlıq çərçivəsində
20-dən çox onlayn ödəniş mağazalarında ABB Pay-lə ödəniş
təcrübəsindən istifadə edə biləcəksiniz.
Müasir və təhlükəsiz fintek alətləri əsasında qurulmuş ABB
Pay-lə istifadəçilər kart məlumatlarını təkrar daxil etmədən, cəmi
bir neçə toxunuşla alış-verişlərini tamamlaya bilərlər. Bu həll
istifadəçi təcrübəsini maksimum asanlaşdırır. Müştərilərə ödəniş
prosesini 3 rahat formada icra etmək imkanı yaradır:
QR kod vasitəsilə: alış-veriş səhifəsində əks
olunan dinamik QR kodu ABB mobile tətbiqi ilə skan edib ödənişi
anında təsdiqləmək mümkündür.
Tətbiq linki (App link) ilə: mobil cihazdan
alış-veriş edərkən keçid linki vasitəsilə birbaşa ABB mobile-a
yönəlmək və əməliyyatı tətbiq daxilində saniyələr içində bitirmək
olur.
Mobil bildiriş (Push notification): ödəniş
zamanı qeydiyyatlı nömrəyə gələn bildirişə toxunaraq birbaşa təsdiq
pəncərəsinə keçid etmək imkanı var.
ABB Pay fərdi müştərilər üçün onlayn alış-veriş təcrübəsini daha
çevik, sürətli və maneəsiz edir. Eyni zamanda “Payriff”
ekosisteminə inteqrasiya olunmuş e-ticarət sahibkarlarına ödəniş
konversiyalarını və müştəri məmnuniyyətini artırmağa dəstək olur.
Bu imkan tezliklə digər finteklər üçün də təmin olunaraq
genişləndiriləcək.
ABB rəqəmsal transformasiya və açıq bankçılıq istiqamətində
yerli fintek ekosistemi ilə strateji tərəfdaşlıqlarını
genişləndirməyi və müştərilərin gözləntilərinə uyğun maliyyə
həllərinin yaradılmasını bundan sonra da davam etdirəcək.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə
ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet
səhifəsi https://abb-bank.az/,
937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən
əldə etmək mümkündür.

