Sərhəddə qida nəzarəti məntəqələri yaradılacaq

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda idxal və ixrac əməliyyatları üzrə dövlət
sərhədindən buraxılış məntəqələrinə yaxın ərazilərdə qida
təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti üzrə məntəqələr
qurulacaq.

Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə
dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

2027-2032-ci illər ərzində dövlət sərhədindən buraxılış
məntəqələrinə yaxın, ticarət və daşınmanın intensiv olduğu
ərazilərdə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət
məntəqələrinin yerləşdirilməsi üçün ərazi seçimi və
planlaşdırmasının həyata keçirilməsi planlaşdırılır.




Həmçinin, idxal və ixrac edilən məhsulların baytarlıq və
fitosanitar yoxlamalarının həyata keçirilməsi üçün məntəqələrin
tikintisi işlərinə başlanılması və idxal və ixrac edilən
məhsulların baytarlıq və fitosanitar yoxlamalarının həyata
keçirilməsi üçün 2 yeni qida təhlükəsizliyinə nəzarət məntəqəsinin
fəaliyyətə başlaması da nəzərdə tutulur.

2027-2032-ci illəri əhatə edən prosesdə əsas icraçı qurum kimi
Qida Təhlükəsizliyi Agentliyi təyin edilib.

Digər içraçı qurumlar isə Dövlət Gömrük Komitəsi və Kənd
Təsərrüfatı Nazirliyidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir