Çin limanında gəmidə yanğın – 20 nəfər həlak olub

Baş səhifə

Bakı. Trend:

Çinin Çindao limanında yük gəmisində yanğının meydana
gəlməsindən sonra ən azı 20 nəfər ölüb, beş nəfər isə itkin
düşüb.

Bu haqda Çin dövlət mediasının məlumatında deyilib.

Gəmi Çinin şimal-şərq sahilində yerləşən və mühüm gəmiçilik
mərkəzi olan Çindao limanında “Beihai Shipbuilding Co”. şirkətinin
tərsanəsində təmir üçün yan almışdı.




Sinxua xəbər agentliyinin yaydığı fotoda gəminin adı “Ocean
Melody” kimi göstərilib. Gəmi izləmə saytı “VesselFinder”in
məlumatına görə, gəmi Liberiya bayrağı altında üzür.

Sinxuanın məlumatına görə, gəmidə ümumilikdə 42 nəfər olub.
Onlardan 12-si təhlükəsiz şəkildə təxliyə edilib. Beş nəfər xəsarət
alaraq xəstəxanaya çatdırılıb və onların vəziyyəti stabil olaraq
qiymətləndirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir