Azərbaycanda taksi qiymətləri bahalaşıb?

Baş səhifə

Bakı. Trend:

Son günlərdə taksi qiymətlərində hissolunacaq dərəcədə artım
müşahidə edilir. Sərnişinlər eyni məsafə üçün əvvəlki günlərlə
müqayisədə daha yüksək ödəniş etməli olduqlarını bildirirlər.

Trend məsələ
ilə bağlı “Bolt” şirkətinin Azərbaycandakı xidmətinə sorğu
ünvanlayıb.

Şirkətin mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib
ki, “Bolt” platformasında gedişhaqqı dinamik şəkildə formalaşır və
sifariş zamanı mövcud tələb-təklif nisbəti, yol hərəkətinin
intensivliyi, marşrutun uzunluğu, səfərin müddəti və sürücülərin
əlçatanlığı kimi amillər nəzərə alınır.

Yağışlı, küləkli və ya soyuq hava şəraitində taksiyə tələbat
arta, eyni zamanda aktiv sürücülərin sayı azala bilər. Belə
hallarda tələb və təklif arasında yaranan fərq səbəbindən
qiymətlərdə müvəqqəti artım müşahidə oluna bilər. Yəni hava şəraiti
özü ayrıca qiymət artımı tətbiq etmir, lakin onun yaratdığı yüksək
tələbat dinamik qiymətləndirməyə təsir göstərə bilər.




Qiymətlər günün vaxtından, şəhərdən və xidmət kateqoriyasından
asılı olaraq dəyişə bilər. Tələbat normallaşdıqda qiymətlər də
müvafiq olaraq əvvəlki səviyyəyə qayıdır – deyə əlavə edilib.

Yango-da səfərin qiyməti avtomatlaşdırılmış alqoritm əsasında,
sırf həmin an şəhərdəki real vəziyyətə uyğun olaraq formalaşır.
Yekun məbləğ birbaşa həmin dəqiqədə xətdə olan boş avtomobillərin
sayı ilə sifarişlərin nisbətindən, yollardakı sıxlıqdan, hava
şəraitindən və təyinat yerinin xüsusiyyətlərindən asılı olur. Əgər
müəyyən bir ərazidə tələbat mövcud boş maşınlardan qat-qat
çoxdursa, alqoritm avtomatik olaraq sürücüləri həmin istiqamətə
cəlb etmək və təcili getməli olan sərnişinlərə maşın təmin etmək
üçün sistemi tənzimləyir. Yollardakı hərəkətlilik azaldıqda və
balans bərpa olunduqda qiymət dərhal adi vəziyyətinə qayıdır.

“Yango” şirkətindən isə Trend-in sorğusuna cavab olaraq bildirilib ki, “Yango”-da səfərin qiyməti avtomatlaşdırılmış alqoritm əsasında,
sırf həmin an şəhərdəki real vəziyyətə uyğun olaraq formalaşır.

“Yekun məbləğ birbaşa həmin dəqiqədə xətdə olan boş
avtomobillərin sayı ilə sifarişlərin nisbətindən, yollardakı
sıxlıqdan, hava şəraitindən və təyinat yerinin xüsusiyyətlərindən
asılı olur. Əgər müəyyən bir ərazidə tələbat mövcud boş maşınlardan
qat-qat çoxdursa, alqoritm avtomatik olaraq sürücüləri həmin
istiqamətə cəlb etmək və təcili getməli olan sərnişinlərə maşın
təmin etmək üçün sistemi tənzimləyir. Yollardakı hərəkətlilik
azaldıqda və balans bərpa olunduqda qiymət dərhal adi vəziyyətinə
qayıdır”,- deyə qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir