Vens ABŞ-nin növbəti prezidenti kimi qarşılandı

Baş səhifə

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Texasda keçirilən qapalı görüşdə ölkənin gələcək prezidenti kimi qarşılanıb.

Modern.az xəbər verir ki, bu barədə “Politico” mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Vensin Respublikaçılar Partiyasının toplantısındakı çıxışı zamanı iştirakçılar “48” şüarını səsləndirməyə başlayıblar.

Əgər Cey Di Vens 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürərək qalib gəlsə, ABŞ-nin 48-ci prezidenti olacaq.

Vens hələlik 2028-ci il seçkilərində iştirakı ilə bağlı rəsmi qərarını açıqlamayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir