
Bakı. Trend:
Birbank müştəriləri bir çox gündəlik bank əməliyyatlarını
rəqəmsal kanallarla yanaşı, ölkənin ən geniş ödəniş
terminalı şəbəkəsi olan Milliön terminallarında da
komissiyasız həyata keçirə bilərlər. Paytaxt Bakı ilə yanaşı,
ölkənin ucqar regionlarında da fəaliyyət göstərən 6500
terminalda kredit ödənişləri, balans və cari hesabların,
eləcə də əmanət və Yığım hesablarının artırılması, aliment
ödənişləri və bank rüsumlarının ödənilməsi üçün heç bir komissiya
tələbi yoxdur.
Beləliklə, müştərilər bank əməliyyatlarını həyata keçirərkən
özləri üçün rahat və uyğun olan kanalı seçə bilirlər. Qafqazın tam
və inteqrasiya olunmuş ekosistemi olan Bir-in
müştərilərə fərqli kanallarda seçim imkanı yaratmaq
yanaşması çərçivəsində təqdim olunan bu imkan
gündəlik bank əməliyyatlarının müştərilərin ehtiyaclarına uyğun
şəkildə həyata keçirilməsinə şərait yaradır.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən
Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv
istifadəçisi olan mobil tətbiqi, 116 filial, 51 şöbədən və 13
Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə
müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün birbank.az
saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial
şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

