Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 11-də Bakıda Azərbaycanın energetika naziri Pərviz
Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri
Alparslan Bayraktarın iştirakı ilə Azərbaycan-Türkiyə 5-ci Enerji
Forumu keçirilir.

Trend-in
tədbirdəki müxbirinin məlumatına görə, forumda karbohidrogen və
neft-kimya, enerji səmərəliliyi, elektrik enerjisi bazarı, bərpa
olunan enerji, tənzimləmə, mədənçilik və digər istiqamətlər üzrə
müzakirələrin aparılması və Forumun protokolunun imzalanması
nəzərdə tutulur.

Forumun sonunda mətbuat üçün brifinqin təşkil edilməsi
planlaşdırılır.




Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında
iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya
çərçivəsində strateji enerji əməkdaşlığının daha da
möhkəmləndirilməsi məqsədilə yaradılıb.

İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində,
2-ci Forum 2022-ci il 5-6 oktyabr tarixlərində İstanbul şəhərində,
3-cü Forum 2023-cü il 28-29 sentyabr tarixlərində Naxçıvan
şəhərində, 4-cü Forum isə 2025-ci il 4 sentyabr tarixində İzmir
şəhərində keçirilib.

Xəbər yenilənəcək

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir