Aİ-nin xüsusi nümayəndəsi Azərbaycandan sonra Ermənistana səfər edəcək

Baş səhifə

Xankəndi. Trend:

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi
Maqdalena Qrono Azərbaycana səfərindən sonra Ermənistana yollanmağı
planlaşdırır.

Bunu Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun
nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono
Trend-ə
açıqlamasında deyib.

O bildirib ki, Aİ uzun müddətdir region ölkələrinin tərəfdaşıdır
və Azərbaycanla Ermənistan rəhbərliklərinin irəli apardığı sülh
prosesini dəstəkləməyə çalışır.

“Aİ uzun müddətdir region ölkələrinin tərəfdaşıdır və hər iki
ölkənin rəhbərliyinin irəli apardığı sülh dinamikasını dəstəkləməyə
çalışıb. Əlbəttə, biz bu fəaliyyətləri davam etdirməyə ümid
edirik.

Bu fəaliyyətlər müxtəlif məsələləri, o cümlədən bağlantıları
əhatə edir. Bağlantı, əlbəttə ki, siyasi baxımdan Aİ üçün əsas
diqqət istiqamətlərindən biridir. Bununla yanaşı, icmalar üçün
imkanların inkişaf etdirilməsinə dəstək göstərilməsi də
fəaliyyətlərimiz sırasındadır”, – Maqdalena Qrono bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir