Millimizin oyununun biletləri satışda

Baş səhifə

Azərbaycan yığmasını səfərdə Litvaya qarşı keçirəcəyi UEFA Millətlər Liqasının qrup mərhələsinin oyununda dəstəkləmək istəyən azarkeşlər üçün biletlər onlayn şəkildə satışa çıxarılıb.

Modern.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Azərbaycanlı tərəfdarlar üçün ayrılmış 228 və 229-cu sektorlara biletlərin qiyməti 14 avrodur.

Qeyd edək ki, sentyabrın 27-də Kaunas şəhərində yerləşən “Dariaus ir Gireno” stadionunda keçiriləcək Litva – Azərbaycan matçı yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00-da) başlayacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir