Belarusda səfərbərlik hazırlığı yoxlanılıacaq – Lukaşenko

Baş səhifə

Bakı.Trend:

Belarus ordusunda yoxlamalar davam etdiriləcək, o cümlədən
səfərbərlik hazırlığının yoxlanılması planlaşdırılır.

Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko cümə günü Brest
vilayətindəki “Obuz-Lesnovski” ümumqoşun poliqonunda jurnalistlərə
açıqlamasında bildirib.




“Mən artıq sadə dildə demişəm: ordunu silkələmək lazımdır, bunun
vaxtı çatıb. Bütün ordunu. Hamını yoxlayacağıq. Səfərbərliyə
qədər”, – deyə dövlət agentliyi BelTA Lukaşenkonun sözlərini sitat
gətirib.

Belarus Prezidenti hazırda onun tapşırığı ilə artilleriya
briqadasının yoxlanıldığını, bundan əvvəl isə tank və motoatıcı
bölmələrin yoxlanıldığını xatırladıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir