Həmyerlimiz PUA hücumunda həlak oldu

Baş səhifə

Rusiya-Ukrayna münaqişəsi zonasında bir nəfər azərbaycanlı həlak olub.

Modern.az 24News.ge-yə istinadən xəbər verir ki, Krımda pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində 45 yaşlı Mahir Məmmədov həyatını itirib.

Məlumata əsasən, onun idarə etdiyi yük avtomobili PUA  hücumuna məruz qalıb. Zərbədən sonra nəqliyyat vasitəsi yanıb, sürücü isə elə hadisə yerində ölüb.

Qeyd edilir ki, Mahir Məmmədov Gürcüstanın Bolnisi bələdiyyəsinin Arıxlı kəndindəndir. Hazırda mərhumun cənazəsinin vətəninə aparılması üçün zəruri tədbirlər görülür.

Aydan Qasımova

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir