
Bakı. Trend:
“Qalatasaray” qışda üç futbolçu ilə yollarını ayırmağı
planlaşdırır.
Bu barədə “Sözcü” nəşri məlumat yayıb.
Belə ki, İstanbul təmsilçisi müdafiəçilər Vilfrid Sinqo, Kaan
Ayhan və yarımmmüdafiəçi İlkay Gündoğanla vidalaşacaq.
Məlumata görə, adıçəkilən oyunçular baş məşqçi Okan Burukun
gələcək planlarında yer almır.
Kaan Ayhan cari mövsümdə “Qalatasaray”ın heyətində cəmi 1 dəqiqə
şans qazanıb. Sinqo 2 matçda 41 dəqiqə meydanda olub. Gündoğan isə
2 görüşdə 11 dəqiqə oynayıb.

