Tullantı emalı zavodu yandı, xəsarət alan var – GÖRÜNTÜ

Baş səhifə

Türkiyənin şimal-qərbində yerləşən Bolu vilayətində tullantıların emalı zavodunda yanğın baş verib.

Modern.az xəbər verir ki, hadisə nəticəsində ərazini güclü tüstü bürüyüb. Yanğın zamanı vaxtaşırı partlayış səsləri eşidilib.

Bolu Valiliyinin məlumatına görə, hadisə zamanı zavodun bir əməkdaşı yüngül xəsarət alıb.

Yanğının başvermə səbəbi hələlik məlum deyil. Yanğınsöndürənlər alovun lokallaşdırılması və söndürülməsi istiqamətində fasiləsiz iş aparırlar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir