
Bakı. Trend:
Xətai rayonunun 8 Noyabr prospektinin müəyyən hissələrində 14
sentyabr saat 09:00-dan etibarən cari təmir işləri həyata
keçiriləcək.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)
məlumat yayıb.
Bildirilib ki, işlərin aparıldığı müddətdə nəqliyyat
vasitələrinin hərəkətinə hər hansı məhdudiyyətin tətbiq edilməsi
nəzərdə tutulmur.
Sürücülərdən təmir işləri aparılan hissələrdə hərəkət zamanı
diqqətli olmaları, yol hərəkəti qaydalarına, müvəqqəti yol
nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

