Səudiyyə Ərəbistanı əsas neft kəmərini bağladı

Baş səhifə

Səudiyyə Ərəbistanı İraqdan olan silahlı qruplaşmaların hücum təhlükəsi ilə əlaqədar əsas neft kəmərinin fəaliyyətini dayandırıb.

Modern.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.

Söhbət Fars körfəzi sahilində yerləşən Əbukayk şəhərini Qırmızı dənizdəki Yanbu limanı ilə birləşdirən, uzunluğu təxminən 1200 kilometr olan “Şərq-Qərb” neft kəmərindən gedir.

Kəmər Hörmüz boğazının blokadaya alınması fonunda neft ixracı üçün alternativ marşrut kimi istifadə olunurdu.

Səudiyyə Ərəbistanının Energetika Nazirliyinin nümayəndəsi daha əvvəl neft nəqlinin “ehtiyat tədbiri olaraq” dayandırıldığını açıqlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir