“Real” “Rayo Valyekano”nu böyük hesabla məğlub edib

Baş səhifə

Bakı. Trend:

“Real” futbol klubu İspaniya La Liqasının beşinci turu
çərçivəsində doğma meydanda “Rayo Valyekano” üzərində 4:1 hesabı
ilə böyük hesablı qələbə qazanıb.

Qaliblərin heyətində Kilian Mbappe (14-cü, 90-cı dəqiqələr),
Alvaro Karreras (17) və Cud Bellinqem (35) fərqləniblər. Məğlub
komandada isə Serxio Kamelio (51) qol vurub. İlk qolu penaltidən
vuran Mbappe və Kamelio turnirin bombardirlər siyahısında hərəyə
altı qolla ilk pilləni bölüşürlər.




Bellinqem üçün bu qol “Real”ın heyətində 49-cu olub. İngiltərəli
yarımmüdafiəçi bu göstəricidə 1998-ci ilin “Qızıl top” sahibi
Zinəddin Zidan və Davor Şukerlə bərabərləşib. Bellinqem buna 146
matçda nail olub, Fransanın sabiq yarımmüdafiəçisi üçün 227,
Xorvatiya millisinin keçmiş hücumçusu üçün isə 109 oyun tələb
olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir