Kaliforniyada salmonella epidemiyası qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti 23
nəfərin xəstələnməsinə səbəb olan salmonella epidemiyası ilə
əlaqədar istehlakçılara “Happy Hens” markalı yumurtalardan istifadə
etməmələri barədə xəbərdarlıq edib. Müəssisələrə isə sözügedən
məhsulların satışını dayandırmaq çağırışı olunub.

Bu barədə “New York Post” departamentə istinadən məlumat
yayıb.

Məlumata görə, salmonellaya yoluxanlardan yeddi nəfəri
xəstəxanaya yerləşdirilib, ölüm halı qeydə alınmayıb. Epidemioloji
vəziyyət hələ də davam etdiyindən, yoluxanların sayının artacağı
istisna edilmir.




Səlahiyyətli qurumlar bildiriblər ki, salmonella ilə çirklənmiş
məhsulun istehlakından sonra ishal, qızdırma və qarın ağrısı kimi
simptomlar 6 saatdan 6 günədək müddətdə ortaya çıxa bilər.

Salmonella infeksiyası adətən 4-7 gün davam edir. Lakin bəzi
hallarda xəstəliyin ağırlaşması və pasiyentin xəstəxanaya
yerləşdirilməsi tələb oluna bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir