
Bakı. Trend:
Ötən gün saat 22: 30 radələrində Qəbələ rayon sakini İlkin
Abdullazadə idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsilə
Qaraməryəm- İsmayıllı-Şəki avtomobil yolunda hərəkətdə olarkən
idarəetməni itirərək aşıb.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə,
yol kənarına düşən avtomobildə yanğın baş verib.
Qəza nəticəsində avtomobildə olan sərnişin – sürücünün həyat
yoldaşı Münəvvər Abdullazadə hadisə yerində həyatını itirib.
Əraziyə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma
aparılır.

