Kanada Avropa Ittifaqı ilə alyans yaratmaq niyyətindədir

Baş səhifə

Bakı.Trend:

Kanada Avropa İttifaqı ilə “unikal ittifaq” yaratmaq
niyyətindədir.

“CBC”nin məlumatına görə, bu barədə ölkənin Baş naziri Mark
Karni bildirib.

“Bizim məqsədimiz və danışmağa başlayacağımız məsələ Avropa
İttifaqı ilə unikal ittifaqdır. Biz eyni dəyərləri bölüşür, eyni
prioritetlərə və bir-birini tamamlayan güclü tərəflərə malikik”, –
deyə Karni bildirib.




Bununla yanaşı, Baş nazir vurğulayıb ki, Ottava “Avropa
İttifaqına üzv olmağa çalışmır”.

Bundan əvvəl “Bloomberg” agentliyi Avropa İttifaqı və Kanadanın
sentyabrın 16-da ticarət, müdafiə və texnologiyalar sahəsində
strateji ittifaq yaradılmasını elan etməyi planlaşdırdığını
bildirmişdi. Agentliyin məlumatına görə, Avropa Komissiyasının
sədri Ursula fon der Lyayen yeni tərəfdaşlıq planını Strasburqda
təqdim edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir