UNEC rektoru: Təhsil müddətinin azaldılması haqqında

Baş səhifə

Bakı. Trend:

Bakalavr təhsilinin 3, magistr təhsilinin isə 1 ilə
endirilməsinin müzakirə olunduğu haqqında məlumat oxudum.

Təhsilin gələcəyi və gələcəyin təhsili baxımından bu mövzunu
kifayət qədər əhəmiyyətli və zəruri hesab edirəm. Eyni zamanda,
inanıram ki, yalnız təhsil müddətinin azaldılması ilə təhsilin “sıçrayışlı” inkişaf etməyəcəyini və təhsildə “hər şeyin
düzəlməyəcəyini” hamı qəbul edir. Mövzuya aidiyyəti olduğunu nəzərə
alaraq, oxuduğum bir məlumatı da bölüşmək istədim. Söhbət
doktorantura təhsilinin müddətinin azaldılmasından gedir. Norveç
Biznes Məktəbinin professoru Adrian Furnham hesab edir ki,
eksperimental elmlər üzrə PhD proqramını 15–18 ay ərzində uğurla
başa çatdırmaq mümkündür. Onun fikrincə, doktoranturanın məqsədi
uzun illər davam edən tədqiqat deyil, müstəqil elmi araşdırma
aparmaq bacarığını nümayiş etdirməkdir. Müəllif doktorantların ilk
semestrlərdən etibarən elmi rəhbərlə birlikdə real tədqiqatlara
qoşulmasını, məlumat toplamasını, təhlil aparmasını və nəticələri
nüfuzlu elmi jurnallarda dərc etdirməsini tövsiyə edir. O, hesab
edir ki, nəşr olunmuş elmi məqalələr uğurlu PhD-nin ən etibarlı
göstəricisidir.

Professor Adrian Furnham onun fikrinə qarşı səslənən üç əsas
etiraza da cavab verir:

– Bu yanaşmanın yalnız psixologiyada mümkün olması fikrini qəbul
etmir;

– Doktorantların tədqiqatçı kimi işləməsini istismar deyil, ən
effektiv öyrənmə üsulu hesab edir;




– PhD-nin əsas məqsədinin böyük həcmli əsər yazmaq deyil,
tədqiqat səriştəsini sübut etmək olduğunu vurğulayır.

Beləliklə, A. Furnham əmindir ki, PhD-nin keyfiyyəti onun neçə
il davam etməsi ilə deyil, doktorantın qazandığı tədqiqat
bacarıqları və ortaya qoyduğu elmi nəticələrlə ölçülməlidir. Başqa
sözlə, PhD tədqiqat aparmaq bacarığını təsdiqləyən bir
sertifikatdır. Düşünməyə dəyər!

Bütün hallarda, bu kimi aktual məsələlərin müzakirə predmetinə
çevrilməsi çox faydalıdır. Əyrini daha təkmil etməyə çalışmağa
dəyməz. Həqiqət odur ki, təhsilin gələcəyi və eləcə də gələcəyin
təhsilini necə görürük sualı cavabını gözləyir.

Professor Ədalət Muradov
UNEC rektoru

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir