Hakan Fidan Azərbaycana gəlir

Baş səhifə

Bakı.Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər
edəcək.

Anadolu Agentliyinin (AA) məlumatına görə, Türkiyənin Xarici
İşlər Nazirliyindən olan mənbələrə istinadən verdiyi məlumata görə,
Hakan Fidan sentyabrın 15-16-da Azərbaycana səfəri çərçivəsində
xarici işlər naziri Ceyhun Bayramovla ikitərəfli və nümayəndə
heyətləri arasında görüşlər keçirəcək, həmçinin Azərbaycanın
müdafiə naziri Zakir Həsənovla görüşəcək.

Agentliyin yazdığına görə, görüşlərdə Hakan Fidanın strateji
səviyyədə inkişaf edən Türkiyə-Azərbaycan münasibətlərində əldə
olunan irəliləyişdən məmnunluğunu ifadə etməsi, iki ölkə
prezidentlərinin müəyyən etdiyi 15 milyard dollarlıq ümumi ticarət
dövriyyəsi hədəfinə çatmaq üçün həyata keçirilən işlərin
intensivləşdirilməsinin vacibliyini vurğulaması, enerji və
nəqliyyat sahələrindəki ortaq gündəm və layihələri müzakirə etməsi
gözlənilir.

Nazir Fidanın görüşlər zamanı iki müttəfiq ölkə arasında müdafiə
sənayesi, təhlükəsizlik və hərbi sahələrdə davam edən əməkdaşlıqla
bağlı məsələləri nəzərdən keçirməsi, həmçinin Türk Dövlətləri
Təşkilatı (TDT) başda olmaqla, iki ölkə arasında çoxtərəfli
platformalarda mövcud əməkdaşlığı qiymətləndirməsi gözlənilir.

Görüşlərdə eyni zamanda türkiyəli XİN rəhbərinin Türkiyənin
yaxın zamanda ev sahibliyi edəcəyi TDT-nin 13-cü Zirvə görüşü və
COP31 ilə bağlı məsləhətləşmələr aparması nəzərdə tutulur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir