Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir

Baş səhifə

Bakı. Trend:

Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə yerləşən
dövlət orqanları, dövlət mülkiyyətində olan və ya paylarının
(səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və
dövlət adından yaradılan publik hüquqi şəxslərdə 2026-cı ilin
sentyabrın 15-dən başlayaraq 2 ay müddətində sınaq məqsədilə
dəyişkən iş qrafiki tətbiq olunacaq.




Qeyd olunan qurumlarda iş vaxtı 3 müxtəlif rejimdə (08:00-17:00,
09:00-18:00 və 09:30-18:30) və hər rejim üzrə işçilərin 30
faizindən az olmaması şərtilə təşkil ediləcək.

Həmin müddətdə nəqliyyat sıxlığının aidiyyəti dövlət orqanları
tərəfindən qiymətləndirilməsi aparılacaq və sınaq nəticələrinin
təhlilinə əsasən iş rejimi ilə bağlı yekun təkliflər
hazırlanacaq.

Qeyd edək ki, iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun
təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət
Proqramı”nda nəzərdə tutulmuş tapşırığa əsasən həyata
keçirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir