Komitə sədri beynəlxalq konfransda çıxış edib

Baş səhifə

Bakı. Trend:

Məlum olduğu kimi, sentyabrın 14-də Bakıda Türk Dövlətləri
Təşkilatının (TDT) Müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci
Görüşü çərçivəsində “İslam dünyasının mədəni irsində Seyid Yəhya
Bakuvi zirvəsi: Mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda I
Beynəlxalq konfrans keçirilib.

Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Ramin Məmmədov Türk Dövlətləri Təşkilatı çərçivəsində
mənəvi-mədəni inteqrasiyanın və dini sahədə əməkdaşlığın
gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
“Bizim bir ailəmiz var, o da Türk dünyasıdır” fikrinin bu sahədə
əsas prinsip olduğunu diqqətə çatdırıb.




Komitə sədri TDT-yə üzv ölkələrin dini məsələlərə məsul dövlət
qurumları rəhbərlərinin Şuşada keçirilən Birinci Görüşünü
əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi
baxımından mühüm addım kimi qiymətləndirib. Müasir dövrdə
islamofobiya, dini radikalizm və yad ideoloji təsirlərə qarşı birgə
mübarizənin, xüsusilə gənclərin maarifləndirilməsinin vacibliyini
qeyd edib. TDT-yə üzv ölkələrin dini məsələlərə məsul dövlət
qurumları rəhbərlərinin Birinci Görüşünün yekunu kimi Şuşada qəbul
edilmiş Kommünikenin məhz bu hədəflərə çatmaq üçün yol xəritəsi
olduğunu deyib. R.Məmmədov qeyd edib ki, bu baxımdan dövlət-din
münasibətləri müstəvisində qarşıda duran strateji vəzifələrin
reallaşdırmağın əsas yolu müasir tələblərə cavab verən ixtisaslı
kadrların yetişdirilməsidir. Ölkəmizdə savadlı mütəxəssislərə olan
tələbatın ödənilməsi və ilahiyyat elminin akademik inkişafının
təmin edilməsində Azərbaycan İlahiyyat İnstitutu xüsusi rola
malikdir.

R.Məmmədov, eyni zamanda türk-islam sivilizasiyasının zəngin
irsindən danışaraq Seyid Yəhya Bakuvinin ümumtürk mənəvi irsindəki
xüsusi rolunu vurğulayıb. Bildirib ki, Bakuvi irsinin qorunması və
təbliği xalqlarımızın mənəvi birliyinin möhkəmləndirilməsinə xidmət
edir. Komitə sədri, həmçinin Dövlət Komitəsinin tabeliyindəki
Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən “Seyid Yəhya Bakuvi
adına təqaüd”ün təsis edildiyini, gələn ildən etibarən isə
Azərbaycan İlahiyyat İnstitutunun təşkilatçılığı ilə Seyid Yəhya
Bakuvinin irsinə həsr olunmuş beynəlxalq simpoziumun keçirilməsinin
nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Dövlət Komitəsinin sədri vurğulayıb ki, bu mənəvi irsin işığında
TDT platformasında həyata keçirilən birgə fəaliyyət, Bakuvi kimi
ümumtürk simvollarının irsinin qorunub yaşadılması ortaq tarixi
məsuliyyətdir. O, bugünkü müzakirələrin türk dünyasının mənəvi
birliyinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini
ifadə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir