
Bakı. Trend:
“Arsenal”ın sabiq idman direktoru Edu Qaspar “Nottingem
Forest”lə əməkdaşlığı vaxtından əvvəl başa vurduqdan sonra yeni işə
başlayıb.
Braziliyalı funksioner Bolqarıstanın “Levski” (Sofiya) klubunun
yenidən yaradılmış İdarə Heyətinin tərkibinə daxil olub. Bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Şuraya 5 nəfər daxildir. Klub Edunun idman strategiyası,
futbolçuların seçilməsi, istedadların inkişafı və təşkilati
strukturun qurulması sahəsindəki təcrübəsini qeyd edib. Eyni
zamanda, “Levski” 48 yaşlı mütəxəssisin dəqiq hansı vəzifəni
tutacağını və hansı funksiyaları yerinə yetirəcəyini hələlik
açıqlamayıb.
İdarə Heyətinin növbəti iclasında klubun sədri və icraçı
direktoru seçilməlidir. “Levski” ötən mövsüm “Ludoqorets”in ardıcıl
14 çempionluq seriyasına son qoyaraq Bolqarıstan çempionu olub.

