Qlobal aləmdə TDT-nin rolu artır – Pirinççi

Baş səhifə

Bakı.Trend:

Türk Dövlətləri Təşkilatı hazırda ən effektiv təşkilardan
biridir, onun regional və qlobal aləmdə rolu artır.

Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezident
Administrasiyasının Kommunikasiya İdarəsi rəhbərinin köməkçisi
Fərhad Pirinççi “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq
vizyon” adlı panel iclası zamanı deyib.

O qeyd edib ki, təşkilat olaraq görülən işıər bəllidir və bundan
daha çox işlər görüləcək.

“Bu panel sessiyası bütün türk dövlətlərində həyata keçirləcək.
Burada bizim əsas məqsədimiz TDT Zirvə görüşünə gedən yolda
müştərək fikir mübadiləsi aparmaq, təcrübə mübadiləsi etməkdir. Bu
TDT-nin regional və beynəlxalq aktor kimi özünü təkmilləşdirməsi
baxımından çox önəmlidir. Amma, sözsüz, bu gün bizim olduğumuz
vəziyyət hələ yetərli deyil, daha da inkişaf edəcək, çünki bu
potensial TDT də var”,- deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda Türkiyə Prezident Administrasiyasının
Kommunikasiya İdarəsi tərəfindən “Türk dünyası dialoqları: Ortaq
gələcək, ortaq vizyon” adlı panel iclası keçirilir.

İclasda Türkiyə Prezident Administrasiyası Kommunikasiya
İdarəsinin və Azərbaycan rəsmiləri, Milli Məclisin deputatları, hər
iki ölkədən ekspertlər, media nümayəndələri iştirak edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir