
Bakı.Trend:
Suriyanın müxtəlif bölgələrində dizel yanacağının
qiymətinin kəskin artırılmasından sonra etirazlar davam edir.
Bu barədə “The National” nəşri yazır.
Məlumata görə, sakinlər şinləri yandırır, əsas
yolları bağlayır və neft emalı zavodlarına gedən yanacaqdaşıyan
maşınların qarşısını kəsirlər.
Ötən həftəsonu Suriya hakimiyyəti dizel yanacağının
qiymətini 40 faiz artıraraq litri 175 Suriya funtuna (1,32 dollar)
çatdırıb. Bundan sonra ölkənin bir neçə bölgəsində etiraz
aksiyaları başlayıb.
Etirazçılar, xüsusilə Dəməşqlə sənaye mərkəzi Hələb
şəhərini birləşdirən magistralı bağlayıb, həmçinin ölkənin mərkəzi
hissəsində yerləşən neft emalı zavodlarına xam neft daşıyan
sisternlərdən ibarət karvanların hərəkətini dayandırıblar.
Onlar yanacağın əvvəlki qiymətinin bərpa olunmasını
tələb edirlər. Bəzi nümayişçilər energetika və iqtisadiyyat
nazirlərinin, həmçinin Suriya Neft Şirkətinin rəhbərinin istefaya
göndərilməsini tələb edirlər.

