
Bakı. Trend:
Astarada 74 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb.
Trend-in
məlumatına görə, hadisə sentyabrın 14-də rayonun Miki kəndində
qeydə alınıb.
1952-ci il təvəllüdlü Abid Qüdrət oğlu Şəfəqqətov yaşadığı fərdi
yaşayış evinin damında odun sobasının borusunu təmizləyərkən
hündürlükdən yıxılıb. O, aldığı xəsarətlər nəticəsində ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

