Çin ABŞ-ni “kosmik müharibə” ilə bağlı xəbərdar edib

Baş səhifə

Bakı.Trend:

Çin ABŞ-ni kosmosda müharibəyə hazırlaşmağı dayandırmağa
çağırıb.

CNA-nın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin
sözçüsü Quo Jiakun ABŞ Kosmik Qüvvələrinin ilk dəfə orbitə silah
yerləşdirdiyini təsdiqləməsindən sonra çərşənbə axşamı (15
sentyabr) keçirilən brifinqdə bildirib.

ABŞ Kosmik Qüvvələri bazar ertəsi orbitə düşmənin hücumlarından
müdafiə olunmaq imkanına malik kosmosa nəzarət silahları
yerləşdirdiyini açıqlayıb. Bununla belə, silahların xüsusiyyətləri
barədə məlumat verilməyib.




Çin Xarici İşlər Nazirliyi bu addıma qarşı çıxaraq kosmosun
silahlandırılmasının, onun döyüş meydanına çevrilməsinin və burada
silahlanma yarışının yolverilməz olduğunu bildirib.

“ABŞ tərəfini hərbi imkanlarını genişləndirməyi və kosmosda
müharibəyə hazırlaşmağı dayandırmağa çağırırıq”, – deyə Quo Jiakun
deyib

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir