DÇ-2014-ün bombardiri Xames Rodriges milli komandada karyerasını bitirib

Baş səhifə

Bakı. Trend:

2014-cü il futbol üzrə dünya çempionatının ən yaxşı bombardiri
Xames Rodriges Kolumbiya millisində karyerasını başa vurub.

Bu barədə futbolçu “Instagram” səhifəsində məlumat verib.




“Keçirdiyimiz hər oyun, yaşadığımız hər sevinc, tökdüyümüz hər
göz yaşı və bölüşdüyümüz hər xoşbəxtlik üçün təşəkkür edirəm.
Kolumbiya millisinin rənglərini qorumaq həyatımda ən böyük
şərəflərdən biri olub”, – deyə Rodriges yazıb.

35 yaşlı Rodriges Kolumbiyanın “Atletiko Nasional” klubunda
çıxış edir. Futbolçu Avropada İspaniyanın “Real” və “Rayo
Valyekano”, İngiltərənin “Everton”, Almaniyanın “Bavariya”,
Fransanın “Monako” və Portuqaliyanın “Portu” klublarında
oynayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir